Ordu.az xəbər verir ki, layihənin əsas podratçısı “Raytheon-Lockheed Martin Javelin” Ortaq Təşəbbüsü olacaq.
Bildirilib ki, satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm qüvvə olaraq qalan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirməyə kömək etməklə, ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək.
Satışın İrlandiyanın mövcud və gələcək təhdidlərə cavab vermə qabiliyyətini dəqiq, insan tərəfindən daşına bilən bir zireh önləmə sistemi təmin edərək inkişaf etdirəcəyi və İrlandiyanın bu sistemi öz silahlı qüvvələrinə uyğunlaşdırmaqda çətinlik çəkməyəcəyi qeyd edilib.
Həmçinin satışın İrlandiyaya hər hansı bir əlavə ABŞ hökuməti və ya podratçı nümayəndəsinin təyin edilməsini tələb etməyəcəyi vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az