Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi İsmayıl Bəqai bildirib.
"A.Əraqçi ABŞ ilə birbaşa olmayan danışıqlarda iştirak etmək üçün cümə günü axşam diplomatlar və texniki ekspertlərdən ibarət nümayəndə heyəti ilə Maskata gedəcək. Tehran və Vaşinqton İran və ABŞ-dən olan yüksək səviyyəli danışıqçıların da iştirakı ilə texniki və ekspert səviyyəsində məsləhətləşmələr keçirmək üçün qarşılıqlı anlaşmaya nail olub", - o qeyd edib.
İ.Bəqainin sözlərinə görə, A.Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında birbaşa olmayan danışıqlar, həmçinin texniki səviyyədə məsləhətləşmələr şənbə gününə planlaşdırılıb. O, ABŞ nümayəndə heyətinə kimin başçılıq edəcəyini dəqiqləşdirməyib.
Ordu.az