Myanmada hərbi xunta ilə üsyançılar arasında döyüşlər yenidən başlayıb

2025/04/1745566993.jpg
Oxunub: 500     11:42     25 Aprel 2025    
Myanmanın hərbi xuntası ölkədə dağıdıcı zəlzələdən sonra atəşkəsin elan edilməsinə baxmayaraq, üsyançıların mövqelərinə yenidən zərbələr endirir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, hərbçilər hava zərbələri endirir və artilleriya atəşi açır.

Xatırladaq ki, aprelin 2-də Myanma hərbçiləri zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərilməsi üçün 20 günlük atəşkəs elan etmişdilər. Çərşənbə axşamı xunta müvəqqəti atəşkəsin aprelin 30-na qədər uzadıldığını bildirsə də, bəzi məlumatlara görə, bu atəşkəs pozulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma   Hərbi-xunta  


Bizi "telegram"da izləyin