Ordu.az xəbər verir ki, aprelin 15-16-da Cənubi Koreya Strateji Komandanlığında keçirilən təlimdə həm Cənubi Koreya ordusundan, həm də ABŞ-dən şəxsi heyət iştirak edib.
ABŞ Ordusu Nüvə Fəaliyyəti Agentliyinin (USANCA) iki təlimatçısının rəhbərlik etdiyi təlim nüvə silahlarının istifadə edildiyi və ya istifadə olunma təhlükəsi olan mühitlərdə fəaliyyətə yönəldilib.
ABŞ Ordusunun Nüvə Müharibə Agentliyi açıqlamasında bildirib ki, təlimin dəqiq təfərrüatları açıqlanmasa da, nüvə təhlükəsi mühitlərində hərbi əməliyyatlar üçün lazım olan bilik və bacarıqların inkişaf etdirilməsi vurğulanıb.
İştirakçılar arasında Cənubi Koreya Strateji Komandanlığının altı nümayəndəsi, Cənubi Koreya Milli Müdafiə Nazirliyinin iki rəsmisi və ABŞ-Cənubi Koreya Birləşmiş Qüvvələr Komandanlığının beş əməkdaşı yer alıb.
Ötən ilin avqust ayında hər iki ölkə ABŞ-ın Cənubi Koreyadakı əsas hərbi bazası “Camp Humphreys”də “Iron Mace 24” kod adlı ilk CNI masaüstü təlimini (TTX) keçirib.
Sevinc Əliyeva
Ordu.az