Ordu.az xəbər verir ki, bu barədə məlumatı “Algemeen Dagblad” qəzeti yayıb.
Monarx çıxışı zamanı vurğulayıb ki, uzun illər azadlıq və sülhün daim davam edəcəyinə inanmaqla arxayınlaşmışıq:
“Biz çox uzun müddət düşünmüşük ki, azadlıq və sülh bizimlə həmişə qalacaq. Lakin bu, belə deyil. Sülhü qorumaq üçün biz həqiqətən hazırlıqlı olmalı və təpədən dırnağa kimi silahlanmalıyıq”, – deyə Kral bildirib.
Kral Villem-Aleksandrın bu açıqlaması Avropada artan təhlükəsizlik narahatlıqları və regional münaqişələr fonunda səsləndirilib. O, həmçinin vurğulayıb ki, sülh yalnız arzu və dualarla deyil, real müdafiə qabiliyyəti ilə təmin olunur.
Ordu.az