ABŞ Tayvana "JUMP 20" tipli pilotsuz uçuş aparatları verməyi planlaşdırır

2025/04/1745556620.jpg
Oxunub: 8982     07:58     25 Aprel 2025    
ABŞ Tayvanın Hərbi Dəniz Qüvvələrinə "JUMP 20" tipli pilotsuz uçuş aparatları verməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonun bu addımı Tayvanın dənizdə orta və uzaq məsafəli kəşfiyyat imkanlarını gücləndirməyə hesablanıb.

Qeyd edək ki, "JUMP 20" — vertikal qalxma və enmə qabiliyyətinə malik, yüksək texnologiyalı kəşfiyyat dronudur və ABŞ ordusu tərəfindən də aktiv şəkildə istifadə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan  


Bizi "telegram"da izləyin