KİV: Qəzzanın şimalındakı Cəbəliyə qəsəbəsinə hücum zamanı 30-a yaxın fələstinli ölüb

2025/02/1738903345.jpg
Oxunub: 6779     03:08     25 Aprel 2025    
İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə endirdiyi zərbələr nəticəsində azı 29 fələstinli həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatına bağlı “Qüds” portalı məlumat yayıb.

Məlumata görə, bombalı hücum məcburi köçkünlərin məskunlaşdığı düşərgəni hədəf alıb. Portal iddia edir ki, günün əvvəlindən anklavda ümumilikdə 59 nəfər ölüb.

Xatırladaq ki, İsrail ordusu martın 18-də zolaqda hərbi əməliyyatları bərpa edərək, kütləvi zərbələr endirib. Beləliklə, bu ilin yanvarında yaradılmış atəşkəs pozulub. İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Steven Uitkoffun irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib. O, Qəzzada əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Cəbəliyə  


Bizi "telegram"da izləyin