Ordu.az xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib.
O həmçinin qeyd edib ki, husilər öz növbəsində bir həftə ərzində İsrailə, habelə Qırmızı və Ərəb dənizlərində ABŞ hərbi gəmilərinə qarşı 16 hücum təşkil ediblər.
Xatırladaq ki, aprelin 22-də husilər Qırmızı dənizdə ABŞ-nin “Harri Truman” və “Karl Vinson” gəmilərinə, eləcə də onları müşayiət edən hərbi gəmilərə zərbələr endirdiklərini bildiriblər. Yəmən yaraqlılarının bildirdiyinə görə, hücumlar qanadlı raketlər və dronlardan istifadə edilməklə həyata keçirilib.
Ordu.az