İranın Beyrutdakı səfiri Livan XİN-ə çağırılıb

2025/04/1745502227.jpg
Oxunub: 543     17:41     24 Aprel 2025    
Livan Xarici İşlər Nazirliyi İranın Beyrutdakı səfiri Moctaba Amanini Tehranı Livanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə cümə axşamı “Al-Arabiya” telekanalı məlumat yayıb.

Amani ilə söhbət zamanı Livan hökuməti ölkələrin suverenliyinə dair "diplomatik protokola riayət etməyin" vacibliyini vurğulayıb.

Telekanalın məlumatına görə, daha əvvəl İranın Beyrutdakı səfiri "Hizbullah" hərəkatının tərk-silah olunması ilə bağlı fikir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Livan  


Bizi "telegram"da izləyin