Sabah İstanbulda Yaxın Şərq üzrə Türkiyə-Rusiya məsləhətləşmələri keçiriləcək

2025/04/1745414715.jpg
Oxunub: 422     15:35     24 Aprel 2025    
İstanbulda Türkiyə və Rusiyanın xarici işlər nazirinin müavinləri arasında aprelin 25-də Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə XİN-dəki mənbə bildirib.

"2025-ci il aprelin 25-də İstanbulda Türkiyə və Rusiya Federasiyası arasında nazir müavinləri səviyyəsində Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiyanı isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək. Məsləhətləşmələr zamanı regional məsələlər, xüsusilə Suriya və Fələstinlə bağlı hərtərəfli fikir mübadiləsinin aparılacağı gözlənilir", - mənbə qeyd edib.

O, həmçinin əlavə edib ki, Rusiya Federasiyası Yaxın Şərqdəki hadisələr kontekstində Türkiyənin məsləhətləşmələr aparmaq üçün böyük əhəmiyyət verdiyi ölkədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin