Çin sərhədlərarası ticarətin inkişafı proqramına start verib

2025/04/abs-c-1744604670.jpg
Oxunub: 470     15:30     24 Aprel 2025    
Çin hakimiyyəti ABŞ Prezidenti Donald Trampın tarifləri artırmasına cavab olaraq, ticarətin təşviqi üçün genişmiqyaslı ümumumilli sərhədlərarası aksiyaya başlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen bildirib.

"ABŞ-nin bu yaxınlarda ölkəmizdən idxal tariflərini artırması ilə əlaqədar yaranan yeni vəziyyətə birbaşa nəzər salmaq, mövcud problemləri nəzərə alaraq qoyulmuş hədəflərə riayət etmək, bir çox müəssisələrin ehtiyaclarına diqqət yetirmək lazımdır", - o vurğulayıb.

H.Lifen digər ölkələrlə əlaqələrin möhkəmləndirilməsi, birgə qəbul edilmiş qaydalara uyğun olaraq əməkdaşlığın təşviqi, ticari-iqtisadi əməkdaşlıq və humanitar mübadilələrin optimallaşdırılması, dostların əhatə dairəsinin genişləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirib.

O, həmçinin gömrük fəaliyyətində ağıllı texnologiyaların tətbiqinin zəruriliyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Ticarət  


Bizi "telegram"da izləyin