AEBA-nın baş direktoru İran, Rusiya və Çin nümayəndələri ilə birgə toplantı keçirib

2025/04/1745494357.jpg
Oxunub: 409     15:28     24 Aprel 2025    
İran, Rusiya və Çin nümayəndələri Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüblər.

Ordu.az xəbər verir ki, məlumatı “Tasnim” agentlyi yayıb.

Bildirilib ki, görüşdə İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.

Məlumata görə, toplantıda ABŞ ilə İran arasında keçirilən diplomatik görüşlərə dəstək məqsədilə əməkdaşlığın və dialoqun davam etdirilməsinə əhəmiyyət verilib. Bu istiqamətdə AEBA-nın peşəkar və konstruktiv rol oynamaq imkanına xüsusi diqqət ayrılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran   Rusiya   Çin  


Bizi "telegram"da izləyin