Ordu.az xəbər verir ki, təlimlərini başa vuran 6 nigeriyalı pilot və 6 faydalı yük operatoru təşkil edilən mərasimlə sertifikat və döş nişanlarını alıblar.
Uçuş Akademiyası çərçivəsində həyata keçirilən proqramda kursantlar 330 saat nəzəri və 318 uçuşla 280 saatdan çox uçuş təlimi keçiblər.
Təlim modulları arasında “Aksungur” Pilot Əsas Təlimi, Faydalı Yük Operatoru Əsas Təlimi, ASELSAN FLIR 500T, MAM-L sursat təlimi və SAR istifadəsi yer alıb.
Niger hərbi attaşesi İbrahim Altınel və PUA məhsul direktoru Barış Çamcı 2025-ci il fevralın 20-də keçirilən məzun mərasimində iştirak ediblər.
Mərasimdə məzunlara sertifikat və döş nişanları təqdim olunub. Bu addım Türkiyənin dost və müttəfiq ölkələrə müdafiə sənayesi dəstəyinin konkret nümunəsi hesab olunur.
TUSAŞ tərəfindən inkişaf etdirilən və uzun müddət havada qalma qabiliyyəti ilə diqqət çəkən “Aksungur” zərbə PUA-sı hazırda Niger Silahlı Qüvvələrinin inventarında aktiv şəkildə xidmət edir.
Sözügedən əməkdaşlıq təkcə platforma satışını deyil, həm də personal hazırlığı və texniki xidmət-inteqrasiya prosesləri kimi çoxşaxəli texnologiya transferini əhatə edir.
Sevinc Əliyeva
Ordu.az