“Eurofighter” üçün də proses eyni şəkildə davam edir, işimiz Almaniya ilə deyil, Britaniya ilədir” - Yaşar Gülər

2025/04/1745484510.jpg
Oxunub: 409     14:47     24 Aprel 2025    
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarəsinin satınalma prosesi ilə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Gülər prosesin bütün planlara uyğun irəlilədiyini və Almaniyanın əvvəlki vetosuna baxmayaraq, heç bir sapma olmadığını bildirib.

“Hazırda dəqiq bir şey yoxdur. “Eurofighter” üçün də proses eyni şəkildə davam edir. İşimiz Almaniya ilə deyil, Böyük Britaniya ilədir. Önümüzdəki dövrdə görəcəyik. Hər şey başladığı kimi və planlaşdırdığımız kimi davam edir”, - deyə Gülər qeyd edib.

Türkiyənin hava qüvvələrini modernləşdirmək səyləri çərçivəsində planlaşdırılan “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınmasına Almaniya daha əvvəl veto qoymuşdu.

Berlin rəhbərliyi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsini səbəb kimi göstərərək, bu satışı təsdiq etməyib, insan haqları və qanunun aliliyi ilə bağlı narahatlıqlarını ortaya atıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN   Eurofighter   Britaniya  


Bizi "telegram"da izləyin