Ordu.az xəbər verir ki, zəlzələdən dərhal sonra Çorlu və Keşandakı mərkəzlərdən havaya qalxan PUA-lar bölgədəki vəziyyəti havadan darayıb.
Uçuş məlumatlarına görə, “Bayraktar Akıncı” KAYI01 uçuş kodları ilə, “Bayraktar TB2”lər isə BAYKAR01 və T464 uçuş kodları ilə iştirak edib. Uçuşlar mülki aviasiya izləmə proqramlarında canlı izlənilib.
Bildirilib ki, zəlzələdən sonra aparılan darama işləri nəticəsində bölgədə hər hansı neqativ və ya təcili müdaxilə tələb edən vəziyyətə rast gəlinməyib.
Milli zərbə PUA-ları təbii fəlakətlərlə yanaşı təhlükəsizlik əməliyyatlarında da fəal rol oynayır. “Bayraktar TB2” PUA-ları 2020-ci il yanvarın 24-də Elazığın Sivrice bölgəsində baş verən 6,8 bal gücündə zəlzələdə və 2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə də xidmət göstərib.
2023-cü il zəlzələləri zamanı “Bayraktar TB2”lər ümumilikdə 2417 saat 6 dəqiqə uçaraq, sahədə aktiv rol alıb.
Sevinc Əliyeva
Ordu.az