Yunanıstan Türkiyəyə mümkün F-35 tədarükündən narahatdır

2025/04/1745484198.jpg
Oxunub: 646     15:10     24 Aprel 2025    
Vaşinqtondan gələn qarışıq siqnallar Afinada Türkiyənin F-35 döyüş təyyarəsi proqramına mümkün qayıdışı ilə bağlı yeni narahatlıqlar yaradır.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin F-35 döyüş təyyarəsi proqramına geri dönməsi ilə bağlı ABŞ-dən bu yaxınlarda verilən ziddiyyətli mesajlar Afinada yeni narahatlıqlar yaradıb.

Yaxın vaxtlara qədər ABŞ-nin siyasətinin Türkiyənin say baxımından hava qüvvəsi üstünlüyünə qarşı balans elementi olaraq, Türkiyənin “F-16 Block 70/72”lərinə qarşı F-35-lərlə Yunanıstanın texnoloji üstünlüyünü qorumaq olduğunu irəli sürən Yunanıstan mediası Türkiyənin proqrama qayıtma ehtimalından narahatlığını bildirib.

Yunanıstan nəşri “Kathimerini” tərəfindən “yaxşı məlumatlı” olduğu deyilən mənbələrə əsaslanan xəbərdə ABŞ-Yunanıstan son danışıqlarının hər iki NATO müttəfiqi ilə müdafiə əlaqələrində “tarazlıq” anlayışını gündəmə gətirdiyi bildirilib.

Bu kontekstdə Pentaqonun Türkiyənin yenidən F-35 proqramına daxil olmasını artıq Egeydəki tarazlığa təhlükə olaraq görmədiyi və gələcək inkişaflara qapını açıq qoyduğu qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Türkiyə   F-35  


Bizi "telegram"da izləyin