Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya ordusu Seulun təxminən 30 kilometr şimalında yerləşən Paju şəhərində, ABŞ-yə məxsus atış poliqonunda bu hərbi təlimin keçirildiyini bildirib.
Açıqlamada təlimin Cənubi Koreyanın Şimali Koreyadan gələn artilleriya hücumlarına “təcili” reaksiya verə bilmək imkanlarını artıracağı qeyd olunub.
MDL-yə yaxın Paju bölgəsində real döyüş sursatı ilə artilleriya hissələri tərəfindən keçirilən bu təlim 7 il aradan sonra ilk dəfə baş tutub.
Qeyd edək ki, bu təlim Cənubi Koreya hökumətinin 2018-ci ildə imzalanan və hərbi gərginliyi azaltmağı məqsəd qoyan Koreyalararası Razılaşmanı ötən il dayandırmasından sonra reallaşıb. Həmin razılaşma, iki ölkə sərhədinə yaxın ərazilərdə artilleriya və geniş miqyaslı hərbi təlimlərin keçirilməsini qadağan edirdi.
Sevinc Əliyeva
Ordu.az