Cənubi Koreya nümayəndə heyətindən BAYKAR səfəri – ƏTRAFLI

2025/04/1745473197.jpg
Oxunub: 470     14:45     24 Aprel 2025    
Cənubi Koreya Müdafiə Satınalma Proqramı Agentliyinin (DAPA) rəhbəri Seok Jong-gun və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti “Baykar” şirkətinin İstanbulda yerləşən “Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi”ni ziyarət edib.

Ordu.az xəbər verir ki, səfər zamanı “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar tərəfindən Cənubi Koreya Müdafiə Satınalmalar Proqramı Agentliyinin rəhbəri Lee Jong-seoka hədiyyə edilən “Kızılelma” pilotsuz döyüş təyyarəsi maketinin üzərində Cənubi Koreya bayrağının yer alması diqqət çəkib.

Cənubi Koreyanın PUA proqramları

Cənubi Koreya son illərdə, xüsusilə regional təhlükəsizlik təhdidlərinə qarşı hərbi Pilotsuz Uçuş Aparatları (PUA) imkanlarını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Bu çərçivədə Seul rəhbərliyi 2026-cı ilə qədər hərbi PUA imkanlarını ikiqat artırmağı, kəşfiyyat, müşahidə və hücum missiyalarını yerinə yetirəcək modern sistemlər hazırlamağı planlaşdırır.

Cənubi Koreyanın diqqət çəkən layihələrindən biri “Low Observable Unmanned Wingman System” (LOWUS) adlanır və bu platforma “KF-21 Boramae” döyüş təyyarəsi ilə birlikdə fəaliyyət göstərmək üçün dizayn edilir. Sistem radioelektron müharibə, kəşfiyyat və dəqiq zərbə kimi tapşırıqları yerinə yetirmək üçün inkişaf etdirilir.

Bundan əlavə, 10-12 kilometr hündürlükdə fəaliyyət göstərən orta hündürlüklü pilotsuz uçuş aparatlarının (MUAV) istehsalına artıq başlanılıb. Bu sistemlər, əsasən Şimali Koreyaya qarşı yüksək dəqiqlikli görüntüləmə missiyaları üçün nəzərdə tutulur.

PUA Əməliyyat Komandanlığı

2023-cü ilin sentyabrında yaradılan PUA Əməliyyat Komandanlığı Cənubi Koreya Silahlı Qüvvələrinin müxtəlif bölmələrindəki PUA birləşmələrini inteqrasiya edərək təhdidlərə qarşı daha sürətli reaksiya verməyi qarşısına məqsəd qoyur.

Bundan başqa, ABŞ ilə birgə hazırlanan yeni nəsil hərbi PUA layihələri Cənubi Koreyanın beynəlxalq müdafiə sənayesi ixracında yeni imkanlar yaratmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAYKAR   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin