Ordu.az xəbər verir ki, “Rheinmetall Expal Munitions” hazırda Trubia, Páramo de Masa, Navalmoral, El Qordo, Albasete və Xavalí Viexoda yerləşən altı istehsal müəssisəsində fəaliyyət göstərir.
Şirkətin əsas məhsulu aşağı qiymətinə görə dəyərli sayılan, lakin müasir sursat növləri ilə müqayisədə daha zəif göstəricilərə malik olan 155mm M107 mərmisidir.
İlk dəfə 1950-ci illərin sonlarında Qərb artilleriyasına daxil olan M107 partlayıcı yük və atış məsafəsi baxımından məhdudiyyətlərə malikdir. Buna baxmayaraq, münasib qiyməti onu geniş şəkildə istehsal və tədarük olunan bir seçim olaraq saxlamağa davam edir.
Sevinc Əliyeva
Ordu.az