Ordu.az xəbər verir ki, 22 aprel 2025-ci il tarixində Müdafiə Sənayesi İdarəsində keçirilən “Müdafiə Sənayesi İdarəsi və Kuveyt Türk Maliyyə Lizinq və İdarəetmə Proqramı Tanıtım Mərasimi”nə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Prof. Dr. Haluk Görgün, “Kuveyt Türk Katılım Bankası” İdarə Heyətinin üzvü və baş direktoru Ufuk Uyan, TSKGV şirkətlərinin rəhbərləri və sektor təmsilçiləri qatılıb.
Mərasim çərçivəsində çıxış edən Prof. Dr. Haluk Görgün bildirib:
“2024-cü ilin sonuna doğru tədarükçülərimizi dəstəkləmək məqsədilə başladığımız Zəmanət Şirkətləri ilə Maliyyə Modeli, Sifariş və Müqavilələrə əsaslanan Maliyyə Modeli və bu il fevral ayında həyata keçirdiyimiz Müdafiə Sənayesi İdarəsi Maliyyə Lizinq Dəstək Proqramlarımız uğurla davam edir.
Bu proqramlarımıza, bu günə qədər 900-dən çox şirkət müraciət edib və indiyədək ümumilikdə 5,7 milyard TL məbləğində vəsait istifadə olunub. KOBİ-lərimiz bu yeni modellərdən və təqdim olunan dəstək mexanizmlərindən son dərəcə razıdırlar. Biz idarə olaraq müdafiə sənayesi şirkətləri ilə tez-tez görüşür və onların tələblərinə sürətli cavab verə bilirik.
Bu gün tətbiqə aldığımız yeni model ilə tədarükçülərimiz daha güclü maliyyə infrastrukturuna sahib olacaq və layihələrini daha səmərəli həyata keçirə biləcəklər. Müdafiə Sənayesi İdarəsi “Kuveyt Türk Maliyyə Lizinq və İdarəetmə Maliyyələşdirmə Proqramı”mız ilə, sektorda fəaliyyət göstərən istehsalçı müəssisələrə texnika və avadanlıq üçün maliyyə dəstəyi, eyni zamanda işləmə kapitalı dəstəyi təqdim edəcəyik.
Atdığımız bu addımlar yalnız bu günü deyil, sabahı da təmin etmək üçün atılan strateji addımlardır. Əvvəldən bizə dəstək olan Maliyyə Nazirliyi, Mərkəzi Bank və bütün dövlət və özəl banklara təşəkkür edirəm.
Böyüyən və güclənən müdafiə sənayemiz ölkəmizin gələcəyinə yönəlik fəaliyyətlərini əmin addımlarla davam etdirəcəkdir”.
“Kuveyt Türk Katılım Bankası” İdarə Heyətinin üzvü və baş direktoru Ufuk Uyan isə qeyd edib:
“Ölkəmizin aparıcı iştirak maliyyə qurumlarından biri olaraq, Türkiyənin yüksək texnologiya sahəsində qlobal səviyyədə söz sahibi olma vizyonunu dəstəkləmək və müdafiə sənayemizin istehsal gücünü artırmaq üçün mühüm addım atırıq. İştirak maliyyə prinsipləri əsasında, real iqtisadiyyata birbaşa dəstək verəcək bu əməkdaşlıqla, istehsalçı şirkətlərimizin ehtiyac duyduğu texnika, avadanlıq və işləmə kapitalı dəstəklərini uyğun şərtlərlə təqdim edirik. Xüsusilə EYDEP sertifikatlı şirkətlərin bu proqramdan faydalanacaq olması sistematik inkişafı təşviq etməyimiz baxımından xüsusi əhəmiyyət daşıyır. Milli Texnologiya Hərəkatını sahədə daha da gücləndirəcək bu modelin sektora xeyirli olmasını arzulayıram”.
Proqramın detalları
KOBİ və ya KOBİ xarici (korporativ) şirkətlərin investisiyalarını dəstəkləmək məqsədilə yaradılan proqram çərçivəsində yeni və istifadə olunmamış texnika və avadanlıqlar lizinq krediti ilə, işləmə kapitalı ehtiyacları isə işləmə krediti vasitəsilə təmin ediləcək.
Proqramın həcmi 500 milyon avro maliyyə lizinqi və 100 milyon avro işləmə kapitalı maliyyəsi olmaqla, ümumilikdə 600 milyon avro olaraq müəyyən edilib və müraciətlər 31 dekabr 2025-ci ilədək “Kuveyt Türk Katılım Bankası” filiallarına təqdim oluna bilər.
Sevinc Əliyeva
Ordu.az