Danimarka sahil mühafizə sistemlərini NSM raketləri ilə gücləndirir

2025/04/1745472436.jpg
Oxunub: 583     20:26     25 Aprel 2025    
Sahil gəmi əleyhinə raket batareyaları Soyuq Müharibə dövründə və ondan dərhal sonra bir çox ölkədə mövcud olub. Lakin Soyuq Müharibənin başa çatmasından sonra silahlı qüvvələrin ümumi ixtisarları nəticəsində bu sistemlər istismardan çıxarılıb və yeniləri ilə əvəz olunmayıb.

Ordu.az xəbər verir ki, yenidən silahlanmanın sürətlənməsi fonunda Danimarka az sayda yük maşınına quraşdırılmış gəmi əleyhinə raketlərdən istifadə edən ölkələrdən biri idi və indi bu müdafiə elementlərini yenidən bərpa etməyə hazırlaşır.

2022-ci ildə Ukraynanın genişmiqyaslı işğalının başlaması ilə əlaqədar olaraq Danimarka sahilləri Norveçin “Kongsberg” şirkətinin NSM gəmi əleyhinə raketləri ilə təchiz ediləcək.

Hərbi ekspertlərin fikrincə, NSM hazırda həm ABŞ Dəniz Piyadaları Korpusunun NMESIS proqramında, həm də bir sıra batareya şəklində birləşdirilən onlarla yük maşınına quraşdırılmış Polşa Dəniz Raket Birlikləri də daxil olmaqla sahil mühafizə sistemlərində geniş istifadə olunur və bu, sistemin tətbiq oluna biləcəyini daha da artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   NSM  


Bizi "telegram"da izləyin