Ordu.az xəbər verir ki, Cənubi Koreyada imzalanan qarşılıqlı anlaşma memorandumu, “Hyundai”nin avtonom naviqasiya sahəsindəki təcrübəsinin “Anduril”in tapşırıq avtonomiyası texnologiyaları ilə birləşdirilərək yeni nəsil İSP-lərin istehsalını nəzərdə tutur.
Anlaşmanın bir hissəsi olaraq, Koreya şirkəti Süni Zəka (SZ) əsaslı sistemlər təqdim edəcək. Bu sistemlər İSP-lərin hərəkət və təhlükəsizlik idarəetməsində istifadə oluna bilər.
Hazırda “Anduril” şirkəti ABŞ, Avstraliya və digər hərbi tərəfdaşlar üçün kəşfiyyat, müşahidə, araşdırma və döyüş əməliyyatlarında istifadə olunan pilotsuz platformaların layihələndirilməsi və təhvil verilməsi üzrə müxtəlif layihələrdə iştirak edir.
“HD Hyundai Heavy Industries” şirkətinin “The Korean Herald”a verdiyi açıqlamada bildirilib: “Yeni nəsil dəniz platformalarının əsası olan pilotsuz gəmiləri inkişaf etdirmək üçün “Anduril” ilə əməkdaşlıq əhəmiyyətli olacaq. Hərbi-dəniz qüvvələrinin imkanlarını gücləndirmək və müdafiə ixracını artırmaq məqsədilə həm minimum heyətə malik, həm də tamamilə pilotsuz gəmilərin inkişafını sürətləndirəcəyik”.
“Hyundai”nin “Anduril” ilə tərəfdaşlığı ABŞ şirkətləri ilə imzalanan bir sıra digər strateji əməkdaşlıqlarla yanaşı elan olunub.
Bundan əlavə, “Hyundai” iki ölkənin milli təhlükəsizliyini gücləndirmək məqsədilə süni zəka həllərindən istifadə etmək üçün ABŞ-nin proqram təminatı şirkəti “Palantir” ilə də əməkdaşlıq edəcək.
Sevinc Əliyeva
Ordu.az