Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu təşəbbüslərin bölgədə mövcud olan hüquqi və siyasi mübahisələri görməzdən gəldiyini və Türkiyənin dənizdəki suveren hüquqlarını açıq şəkildə pozduğunu bəyan edib.
Nazirliyin sözçüsü qeyd edib ki, belə birtərəfli addımlar heç bir hüquqi nəticə doğurmur və Türkiyə bu ərazilərdəki maraqlarını qorumağa davam edəcək.
Qeyd edək ki, bu mövzu ilə eyni vaxtda Yunanıstan tərəfinin yaydığı və bir hərbçinin “5 dəqiqədə hərbi çəkmə bağlaması” ilə bağlı video sosial mediada gündəm olub. Türkiyə tərəfi buna cavab olaraq “6-cı dəqiqədə nə baş verəcəyini siz düşünün” deyə cavab verib. Rəsmi Ankara bu cür açıqlamaları qeyri-ciddi və təxribat xarakterli adlandıraraq, bölgədə sabitliyə zidd hesab edir.
Sevinc Əliyeva
Ordu.az