Yaponiya elektromaqnit topunu hərbi sınaq gəmisinə inteqrasiya etdi

2025/04/1745059678.jpg
Oxunub: 5518     15:47     24 Aprel 2025    
Yaponiya elektromaqnit (railgun) top sistemini “JS Asuka” adlı hərbi sınaq gəmisinə uğurla inteqrasiya edib. Bu texnologiya atəşi partlayıcı deyil, maqnit enerjisi ilə həyata keçirir və 6,5 Mach sürətlə mərmilər buraxa bilir. ABŞ bu layihədən texniki səbəblərlə geri çəkildiyi halda, Yaponiya bu sahədə irəliləməkdə israrlıdır.

Ordu.az xəbər verir ki, sistem Yaponiya Müdafiə Texnologiyaları Agentliyi (ATLA) tərəfindən hazırlanıb və ilk dəfə dənizdə sınaqdan keçirilir.

“Railgun”un gələcəkdə 13DDX sinifli yeni esmineslərdə istifadəsi planlaşdırılır. Yaponiya eyni zamanda bu sahədə ABŞ, Fransa və Almaniya ilə də əməkdaşlıq edir.

Texniki problemlərə – yüksək enerji tələbi, lülə aşınması və soyutma ehtiyacı – baxmayaraq, sistemin gəmi üzərində quraşdırılması texnologiyanın gələcəkdə döyüş istifadəsinə yaxınlaşdığını göstərir.

Bu investisiyalar, Şimali Koreyanın raket sınaqları, Çinin Tayvan və Şərqi Çin dənizindəki fəaliyyəti və Rusiya ilə olan ərazi mübahisələri fonunda Yaponiya üçün strateji əhəmiyyət daşıyır. “Railgun” texnologiyası hipersəs təhdidlərinə qarşı cavab imkanları təqdim etməklə, donanmanın zərbə və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Elektromaqnit-topu  


Bizi "telegram"da izləyin