SARSILMAZ İraqda keçirilən IQDEX 2025 sərgisində tam məhsul portfeli ilə iştirak edib

2025/04/1744971573.jpg
Oxunub: 434     14:58     24 Aprel 2025    
Türkiyənin aparıcı silah istehsalçılarından olan SARSILMAZ, 19-22 aprel tarixlərində Bağdadda keçirilmiş IQDEX 2025 sərgisində bütün məhsullarını nümayiş etdirib. Şirkət bu iştirakla İraq bazarındakı mövqeyini gücləndirməyi və yeni əməkdaşlıqlara imza atmağı hədəfləyib.

Ordu.az xəbər verir ki, sərgidə SARSILMAZ-ın tapançalar, avtomatik tüfənglər, ağır pulemyotlar, eləcə də uzaqdan idarə olunan silah sistemləri (UKSS) və Türkiyənin ilk silahlı robotu olan SARBOT kimi yüksək texnologiyalı məhsulları nümayiş olunub.

Şirkət bu vasitələrlə sadəcə silah istehsalçısı deyil, həm də mühəndislik və texnologiya sahəsində inteqrə edilmiş həllər təqdim edən bir qurum kimi çıxış edir.

SARBOT tamamilə yerli mühəndislik imkanları ilə hazırlanıb və həm quru, həm də dəniz platformalarında tətbiq oluna biləcək şəkildə dizayn olunub. Eyni zamanda şirkət tərəfindən 7.62 mm-dən 35 mm-yə qədər olan müxtəlif kalibrli UKSS sistemləri də təqdim olunur. SARSILMAZ sərgilər vasitəsilə həm məhsullarını tanıtmağı, həm də İraq və digər region ölkələri ilə yeni hərbi-texniki əməkdaşlıqlar qurmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SARSILMAZ   Sərgi  


Bizi "telegram"da izləyin