Ordu.az xəbər verir ki, Mərakeşin Sənaye və Ticarət naziri Riyad Mezzourun rəhbərlik etdiyi nümayəndə heyəti “Hyundai Rotem” daxil olmaqla Koreya tərəfi ilə bir sıra hərbi-texniki və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu maraq Mərakeşin təkcə K2 tankına deyil, həm də “Cheongung-II” orta mənzilli zenit-raket kompleksinə və KSS-III dizel-elektrik sualtı qayıq proqramına olan diqqətini də ortaya qoyur. Bu, ölkənin müdafiə tədarükündə diversifikasiya strategiyasının tərkib hissəsidir.
K2 tankı 120 mm-lik avtomatik dolduruculu top, müasir atəş idarəetmə sistemi və inkişaf etmiş C4I (komanda, idarəetmə, rabitə və kəşfiyyat) sistemləri ilə təchiz olunub. Tank yüksək manevr qabiliyyətinə və modulyar zireh sisteminə malikdir. Mərakeş, həmçinin Cənubi Koreya ilə sivil nəqliyyat sahəsində də geniş əməkdaşlığa başlayıb və bu sahədə imzalanan müqavilələr gələcəkdə daha dərin hərbi əməkdaşlıq üçün baza yarada bilər.
Sevinc Əliyeva
Ordu.az