“Lockheed Martin” Avstraliyaya konteyner əsaslı raket sistemi təklif edib

2025/04/1744971490.jpg
Oxunub: 408     10:17     25 Aprel 2025    
ABŞ-nin müdafiə sənayesi nəhəngi “Lockheed Martin” Avstraliyanın “AIR6500” proqramı çərçivəsində ölkəyə konteyner əsaslı raket və hava hücumundan müdafiə sistemləri təklif edib. Bu sistemlərin əsas məqsədi ölkənin geniş sahəli sahillərini və strateji ərazilərini hipersəs və uzaqmənzilli təhdidlərdən qorumaqdır.

Ordu.az xəbər verir ki, təklifə daxil olan sistemlər arasında “Typhon” platforması və “Mk 70 Expeditionary Launcher” yer alır.

Bu sistemlər konteyner şəklində hazırlanıb və həm “Tomahawk” qanadlı raketləri, həm də SM-6 hava hücumundan müdafiə raketlərini buraxmaq imkanına malikdir.

Sistemlər həm quruda, həm də dənizdə istifadə oluna bilir və mövcud “Mk 41” buraxılış qurğuları ilə uyğunluq təşkil edir.

Layihənin Avstraliyanın AUKUS təhlükəsizlik alyansında (ABŞ və Birləşmiş Krallıqla birgə) daha inteqrasiya olunmuş hərbi model qurmaq məqsədinə xidmət etdiyi qeyd olunur. Yeni sistemlərin 2025-ci ildə keçiriləcək “Talisman Sabre” təlimləri çərçivəsində sınaqdan keçirilməsi planlaşdırılır.

Bu texnologiyalar təkcə hava hücumundan müdafiə deyil, eyni zamanda Avstraliyanın qitə daxilində və regionda uzun mənzilli zərbə potensialını artırmaq məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Avstraliya  


Bizi "telegram"da izləyin