GA-ASI iki holland şirkətinə süni zəka və aviasiya texnologiyaları üzrə sərmayə yatırır

2025/04/1744969228.jpg
Oxunub: 459     12:13     25 Aprel 2025    
ABŞ-ın “General Atomics Aeronautical Systems Inc.” (GA-ASI) şirkəti “Emergent Swarm Solutions” və “Saluqi Motors” adlı iki holland şirkətinə süni zəka və aviasiya texnologiyaları sahəsində strateji sərmayə yatırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Emergent Swarm Solutions” mərkəzsizləşdirilmiş pilotsuz uçuş vasitələrinin sürü idarəetməsi və avtonomiya texnologiyaları üzərində ixtisaslaşıb. GA-ASI bu şirkətlə birgə gələcək PUA sistemlərində süni zəkanın rolunu artırmağı hədəfləyir.

Digər tərəfdən, “Saluqi Motors” yüksək fırlanma anı və güc çıxışı verən kompak dizaynlı elektrik mühərrikləri istehsal edir. GA-ASI bu texnologiyaları gələcək PUA platformalarında sınaqdan keçirmək və ortaq məhsullar hazırlamaq niyyətindədir.

Bu tərəfdaşlıq, 2024-cü ildə keçirilmiş “Blue Magic Netherlands” (BMN) texnologiya tədbirində qurulan əlaqələrin nəticəsi kimi qiymətləndirilir. GA-ASI bildirir ki, bu cür texnoloji transferlər NATO ölkələrinin müdafiə sənayesində innovasiyanın inkişafına xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GA-ASI   Sərmayə  


Bizi "telegram"da izləyin