Ordu.az xəbər verir ki, bu sifariş, 2023-cü ildə imzalanmış və ümumi dəyəri 72 milyon dollar olan müqavilənin tərkib hissəsidir.
Müqavilə çərçivəsində müasir dövrdə strateji nüvə qüvvələrinin əsas elementi olan “Columbia” sinif sualtı qayıqlar üçün kritik elementlərin istehsalı planlaşdırılıb.
Şirkətin Sualtı Proqramlar üzrə direktoru Çarlz Lyuis bildirib: “Bu sifariş, həm Kentukkidə yerləşən zavodumuzun yüksək ixtisaslı əməkdaşlarının, həm də Minnesotadakı mühəndislərimizin peşəkarlığını bir daha sübut edir”. İstehsal prosesi əsasən Kentukkidəki zavodda həyata keçiriləcək.
Eyni zamanda Florida ştatının Ceksonvill şəhərində yerləşən tersanədə də əlavə işlərin görüləcəyi qeyd olunub.
“BAE Systems” son illərdə sualtı qayıq istehsalı sahəsinə 250 milyon dollardan artıq sərmayə qoyub və ABŞ-ın dəniz təhlükəsizliyində mühüm rol oynayan bu layihəyə tam dəstək verir.
Sevinc Əliyeva
Ordu.az