Ordu.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində şirkətlər sualtı qayıqların istehsalı ilə yanaşı, texnologiya transferi, ekipajın təlimi və logistik dəstək sahələrində də əməkdaşlıq etməyi planlaşdırırlar.
Əməkdaşlıq, daha əvvəl İtaliya Hərbi Dəniz Qüvvələri üçün həyata keçirilmiş U212A sinif sualtı qayıq proqramı üzrə təcrübə üzərində qurulur.
Tərəflər, eyni zamanda Filippin ərazisində yerli gəmiqayırma potensialının artırılması istiqamətində fəaliyyət göstərməyə də sadiq olduqlarını bəyan ediblər. Bu təşəbbüs Filippinin Cənub-Şərqi Asiyada artan geosiyasi və təhlükəsizlik çağırışları fonunda dəniz təhlükəsizliyini gücləndirməyə xidmət edir.
Sevinc Əliyeva
Ordu.az