Yunanıstan İtaliyadan iki ədəd FREMM freqatı almağı planlaşdırır

2025/04/1744968999.jpg
Oxunub: 393     11:12     25 Aprel 2025    
Yunanıstan donanmasının modernizasiyası çərçivəsində İtaliya ilə iki ədəd FREMM sinifli freqatın alışı üzrə danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu plan rəsmi Afina tərəfindən Egey dənizində və Şərqi Aralıq dənizində qüvvə balansını artırmaq məqsədi ilə həyata keçirilir.

Ordu.az xəbər verir ki, bu təşəbbüs Yunanıstanın artıq Fransadan “Belharra” sinifli freqatlar sifariş etməsi fonunda əlavə hərbi dəniz gücünün yaradılması planıdır. FREMM sinifli freqatlar həm suüstü, həm də sualtı təhdidlərə qarşı müasir sensorlar və raketlərlə təchiz olunur.

Ayrıca, Yunanıstan yerli gəmiqayırma sənayesində bu layihə vasitəsilə texnologiya transferi əldə etməyə ümid edir. Bu plan NATO çərçivəsində də kollektiv təhlükəsizlik imkanlarının artırılmasına dəstək verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   İtaliya  


Bizi "telegram"da izləyin