“Shield AI” SZ ilə işləyən “ViDAR” Podunu təqdim edib

2025/04/2025--1744100085.jpg
Oxunub: 509     17:17     24 Aprel 2025    
Avtonom müdafiə texnologiyası üzrə ixtisaslaşan “Shield AI” şirkəti özünün ən yeni sistemi olan “ViDAR” Podunu işə saldığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu qabaqcıl “Visual Detection and Ranging” (ViDAR) sistemi həm quru, həm də dəniz mühitinin davamlı, geniş ərazi nəzarətini təmin edərək, əvvəllər radar texnologiyasına əsaslanan müşahidə üçün yeni həll təklif edir.

“ViDAR” Podu heç bir siqnal vermədən passiv, real vaxt rejimində nəzarəti təmin edir. Sistemin bu qabiliyyəti gizli imkanlar tələb edən əməliyyatlar üçün çox əhəmiyyətli bir xüsusiyyət hesab edilir.

Üstünlüklər sistemi emissiyaların minimuma endirilməsinin vacib olduğu mürəkkəb əməliyyat mühitlərində xüsusilə effektiv edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Shield-AI   SZ   ViDAR  


Bizi "telegram"da izləyin