DSTA və “Thales” Sinqapurun müdafiəsini gücləndirmək üçün SZ laboratoriyası yaradır

2025/04/1743833992.jpg
Oxunub: 766     14:55     25 Aprel 2025    
Sinqapurun Müdafiə Elm və Texnologiyaları Agentliyi (DSTA) və “Thales” şirkəti ölkənin müdafiə sistemlərini gücləndirmək üçün birgə laboratoriyanın yaradılmasını elan ediblər.

Ordu.az xəbər verir ki, bu laboratoriya Süni Zəka (SZ) texnologiyalarını birləşdirən həllər hazırlamaq və Sinqapur Silahlı Qüvvələrinin (SAF) mövcud döyüş sistemlərini daha da gücləndirmək məqsədi daşıyır.

İlkin olaraq, laboratoriyanın fəaliyyəti xüsusi olaraq Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı mübarizə və qabaqcıl aşkarlama tətbiqlərinə fokuslanacaq.

Bu əməkdaşlıq vasitəsilə “Thales” və DSTA daim inkişaf edən PUA təhlükəsi ilə effektiv mübarizə apara bilən SZ əsaslı alqoritmlər hazırlayıblar.

2022-ci ildə DSTA və “Thales” ağıllı texnologiyaların dizaynından tutmuş sistemlərin saxlanmasına və davamlılığına qədər müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün anlaşma memorandumu (MoU) imzalayıblar.

Bu gün bu əməkdaşlıq yeni laboratoriyanın yaradılması ilə mühüm addım atıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSTA   Thales   Sinqapur  


Bizi "telegram"da izləyin