BMT Livandan İsrailə raket buraxılışı ilə bağlı narahatlığını ifadə edib

2025/03/16920-1741583322.jpg
Oxunub: 541     19:07     22 Mart 2025    
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrailin cavab zərbələrinə səbəb olan Livandan İsrailə 4 raket atmasından narahatlığını bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə sülhməramlıların rəsmi nümayəndəsi Andrea Tenenti "X" sosial şəbəkəsindəki yayımlanan bəyanatda bildirib.

"UNIFIL Komandanlığı Livanın cənubundan Metula şəhərinin ətrafına dörd raket atılmasından sonra zorakılığın mümkün artması ilə bağlı narahatdır və İsrail ordusunun dərhal reaksiyasına səbəb olub. Biz bütün tərəfləri son aylarda atəşkəsin qorunmasında əldə edilmiş irəliləyişə və bölgədəki sabitliyə xələl gətirə biləcək hər hansı addımdan çəkinməyə çağırırıq", - deyə o qeyd edib.

Tenenti xəbərdarlıq edib ki, “vəziyyətin bundan sonrakı eskalasiyası Yaxın Şərq üçün ciddi nəticələr verə bilər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Livan   İsrail  


Bizi "telegram"da izləyin