Müdafiə Nazirliyi: İtaliyanın müdafiə qabiliyyətini gücləndirmək üçün 8-10 il vaxt lazımdır

2025/03/1742652347.jpg
Oxunub: 549     17:44     22 Mart 2025    
İtaliyanın müdafiə qabiliyyətini gücləndirmək planlarını həyata keçirmək üçün 8-10 il vaxt lazımdır.

Ordu.az-ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Qvido Krozetto “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

“Dövrün çağırışlarına cavab verən müdafiə qabiliyyətini həyata keçirmək üçün olan bu plan (milli təhlükəsizliyi gücləndirmək üçün olan – red.) 8-10 il tələb edəcək”, - o deyib.

Nazir İtaliyanın təhlükəsizliyinə təhdidlər sırasında kibertəhdidləri, konkret tədbirlər sırasında isə infrastrukturun inkişafı və silahlı qüvvələrin şəxsi heyətinin sayının artırılmasını qeyd edib.

Bundan əlavə, Krozetto Amerika qoşunlarının Avropada mövcudluğunun azalacağını, NATO ölkələrində müdafiə xərclərinin səviyyəsinə dair tələblərin ÜDM-in 3,5%-nə qədər artırılacağını mümkün saydığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   MN  


Bizi "telegram"da izləyin