ABŞ martın 24-də NROL-69 kəşfiyyat peykini orbitə çıxaracaq

2025/03/falco-1742647946.jpg
Oxunub: 596     16:11     22 Mart 2025    
"Falcon 9" daşıyıcı raketi bazar ertəsi ABŞ Milli Kəşfiyyat İdarəsinin NROL-69 kosmik gəmisi ilə orbitə çıxacaq.

Ordu.az xəbər verir ki, bu barədə daşıyıcı raketin istehsalçısı "SpaceX" şirkəti məlumat yayıb.

Raketin peyklə birlikdə orbitə çıxarılmasının Bakı vaxtı ilə 21:48-də Floridada Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilməsi planlaşdırılır.

Peykin texniki məlumatları və onun orbiti haqqında məlumatlar gizli saxlanılır.

Amerikanın ixtisaslaşmış KİV-lərinin məlumatına görə, layihənin dəyəri 52 milyon dollardır, geostasionar orbitə çıxarılan aparatın çəkisi 8,3 tona çatır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NROL-69  


Bizi "telegram"da izləyin