ABŞ İsrailin Qəzzaya zərbələrini dayandırmaq üçün HƏMAS-la danışıqlar aparır

2025/03/5d664-1742620560.jpg
Oxunub: 534     08:05     22 Mart 2025    
ABŞ HƏMAS ilə dolayı yollarla danışıqlar apararaq həm İsrailin Qəzza zolağına zərbələrini dayandırmaq, həm də dialoq yolu ilə mövcud münaqişəyə son qoymaq imkanlarını müzakirə edir.

Ordu.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff mətbuata açıqlamasında deyib.

"Biz hazırda İsrailin bu zərbələrinin bir qismini dayandırmaq və bəlkə də dialoq yolu ilə bu münaqişəyə son qoymaq üçün danışıqlar aparırıq", - o bildirib.

O həmçinin təsdiqləyib ki, Vaşinqton silahsızlaşdırılacağı təqdirdə HƏMAS hərəkatının Qəzza zolağında qalmasını məqbul hesab edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HƏMAS  


Bizi "telegram"da izləyin