"Etiraz aksiyaları zamanı 97 nəfər saxlanılıb" - Əli Yerlikaya

2024/07/958a1-1720182254.jpg
Oxunub: 565     06:19     22 Mart 2025    
Cümə günü keçirilən etiraz aksiyaları zamanı 97 nəfərin saxlanıldığı bildirilir.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial media hesabında yazıb.

Nazirin sözlərinə görə, polis əməkdaşları “səbir və sağlam düşüncə” nümayiş etdirərək, təxribat və vandalizmə yol verməyib.

“Sevimli ölkəmizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edənlər öz məqsədlərinə çata bilməyəcəklər. Küçələrdə qarışıqlıq yaratmağa çalışanlar uğursuz olacaq. Bugünkü nümayişlər zamanı 2911 saylı qanunu pozan 97 şübhəli şəxs saxlanılıb", – deyə Yerlikaya qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin "küçə terroru" çağırışlarına göz yummayacağını bəyan etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerlikaya   Türkiyə  


Bizi "telegram"da izləyin