Ordu.az xəbər verir ki, bu barədə “Agence France-Presse” respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Ekstremistlər yerli məscidi mühasirəyə alıb, daha sonra qırğın törədiblər. Geri çəkilərkən onlar bazarı və yaşayış evlərini yandırıblar.
İlkin məlumatlara görə, 44 nəfər ölüb, daha 13 nəfər yaralanıb. Ölkədə ölənlərin xatirəsinə üçgünlük matəm elan edilib.
İqtidar artıq cinayəti törədənləri, həmçinin onların şəriklərini, sponsorlarını və əlbirlərini tapıb məsuliyyətə cəlb etməyi söz verib.
Ordu.az