ABŞ Argentinanın sabiq prezidentinə qarşı sanksiya tətbiq edib

2025/03/Ekran-1742619488.jpg
Oxunub: 530     01:29     22 Mart 2025    
Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşnerin adı ABŞ-ın sanksiyalar siyahısına salınıb.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.

Rubio verdiyi yazılı açıqlamada Fernandes de Kirşnerlə yanaşı Argentinanın sabiq planlaşdırma naziri Julio Miguel de Vidonun da sanksiyalara məruz qalacağını bildirib.

Rubio bildirib ki, Fernandes de Kirşner və sabiq nazir vəzifədə olduqları müddətdə korrupsiyada iştirak etdiklərinə görə sanksiyalar siyahısına salınıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Argentina  


Bizi "telegram"da izləyin