Ordu.az xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri zərbə ilə Qəzzanın cənubunda HƏMAS-ın hərbi kəşfiyyat rəhbəri və HƏMAS-ın müşahidə və atəş korreksiyası bölməsinin rəhbəri olan terrorçu Usama Tabaşı məhv edib”, – bəyanatda deyilir.
“Tabaş HƏMAS-ın yüksəkrütbəli terrorçusu idi və terror təşkilatı üçün əməliyyat biliklərinin mühüm mənbəyi idi, həmçinin Xan-Yunis briqadasında tabor komandiri vəzifəsi də daxil olmaqla, HƏMAS-da müxtəlif rəhbər vəzifələr tutub”, – mətbuat xidməti əlavə edib.
Ordu qeyd edib ki, Tabaşın öldürülməsi “HƏMAS-ın kəşfiyyat məlumatlarının toplanması və qoşunlara zərər vurma imkanlarını azaldır”.
Ordu.az