Haluk Görgün Seneqalda müdafiə sənayesi əməkdaşlığını müzakirə edib

2025/03/1742543994.jpg
Oxunub: 626     18:49     22 Mart 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədro Haluk Görgün müdafiə sənayesi əməkdaşlığı çərçivəsində Seneqal Respublikasına səfər edib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Görgün səfər çərçivəsində Seneqal Respublikasının Baş Qərargah rəisi general-leytenant Mbaye Cisse ilə görüşüb.

Görüş zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın inkişafı və yeni layihələr üzrə birgə işlərin artırılması müzakirə olunub.

Qeyd edilib ki, Türkiyə və Seneqal arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq iki ölkənin ortaq baxışı istiqamətində daha da güclənəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Seneqal  


Bizi "telegram"da izləyin