Husilər İsrail hava limanına zərbələr endiriblər

2024/08/1724130639.jpg
Oxunub: 462     07:34     20 Mart 2025    
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Tel-Əvivin Ben Qurion hava limanına "hipersonik ballistik raket"lə hücum ediblər.

Ordu.az-ın məlumatına görə, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

"Yəmən silahlı qüvvələri hərbi əməliyyat keçirərək işğal altındakı Yaffa bölgəsindəki Ben Qurion hava limanına "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum ediblər. Bu əməliyyat öz məqsədinə uğurla çatdı", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   İsrail  


Bizi "telegram"da izləyin