Rubio britaniyalı həmkarı ilə Ukrayna ilə bağlı gələcək addımları müzakirə edib

2025/03/59294-1742447650.jpg
Oxunub: 417     05:31     20 Mart 2025    
ABŞ dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi telefon danışığında Ukrayna böhranının həlli üçün növbəti addımları müzakirə ediblər.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

"Dövlət katibi və xarici işlər naziri Lammi martın 15-də Ukrayna üzrə keçirilən sammitdən sonra növbəti addımları müzakirə ediblər”, – deyə bildirilib.

Qeyd olunub ki, Rubio Lemmiyə "Ukraynada sülhü təşviq etmək üçün ölkələrin koalisiyasını" yaratmaq səylərinə görə təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Lemmi  


Bizi "telegram"da izləyin