İsrail Qəzzada atəşkəs təkliflərini vasitəçilərlə ötürdü - HƏMAS

2025/03/1740804923.jpg
Oxunub: 384     02:21     20 Mart 2025    
Fələstinin "HƏMAS" hərəkatı İsrail tərəfindən Qəzza zolağında atəşkəs üçün vasitəçilərdən təkliflər alıb, lakin onları qismən və hərbi əməliyyatların dayandırılmasına zəmanət verməyən hesab edir.

Ordu.az-ın məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Abdel Rəhman Şadid.

"İsrail vasitəçilər vasitəsilə [atəşkəslə bağlı] təkliflərini və nəticədə Qəzzada müharibənin sona çatmasına gətirib çıxarmayacaq yeni qismən razılaşmaların layihələrini bizə çatdırdı. Biz öz tərəfimizdən vasitəçilərə bildirdik ki, İsrail tərəfinin imzalanmış sazişə bütün mərhələlərində əməl etməsini zəruri hesab edirik və bu məsələnin qismən həlli cəhdlərini qəbul etmirik", - deyə o qeyd edib.

O, İsrailin təkliflərinin konkret nələri ehtiva etdiyi barədə ətraflı məlumat verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin