Ordu.az xəbər verir ki, bu barədə milli arxivin rəsmi saytında məlumat verilib.
“Prezident Donald Trampın 17 mart 2025-ci il tarixli direktivinə uyğun olaraq, prezident Con F. Kennedinin qətli ilə bağlı sənədlər kolleksiyasının bir hissəsi olan bütün əvvəlki məxfi məlumatlar dərc edilir”, – arxivin səhifəsində qeyd olunub.
Bundan başqa, Con Kennedinin qardaşı Robertin qətli və qaradərililərin hüquqları uğrunda mübariz Martin Lüter Kinqin qətli ilə bağlı sənədlər də məxfilikdən çıxarılıb.
Ordu.az