İsrailin Qəzzanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 10 nəfər ölüb

2025/03/1742361035.jpg
Oxunub: 525     06:42     19 Mart 2025    
İsrailin Qəzza zolağının cənubuna endirdiyi hava zərbələri nəticəsində azı 10 fələstinli həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın qeyd edir ki, helikopter Fələstin anklavının cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərindəki qaçqın çadırlarına bir sıra zərbələr endirib.

Qəzzanın mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsinin də atəşə tutulduğu barədə xəbərlər yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   Raket  


Bizi "telegram"da izləyin