ABŞ Rusiya ilə Çinin daha da yaxınlaşmasını istəmir

2025/03/1742360598.jpg
Oxunub: 487     04:28     19 Mart 2025    
ABŞ Rusiya ilə Çin arasında yaxınlaşma istəmir, lakin Vaşinqon hər iki ölkə ilə münasibətlərin yaxşılaşdırılmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, Çin lideri Si Cinpin münasibətləri yaxşılaşdırmaq istəyir. Və mən düşünürəm ki, Rusiya da ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Mən hesab edirəm ki, biz bir neçə ay əvvəl olduğundan çox fərqli bir ölkəyə çevrilmişik. Biz indi hörmət edilən bir ölkəyik. Bizə hörmət etmirdilər. Bizə gülürdülər. Bizdə səriştəsiz idarəçilik var idi”, - Tramp qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Çin  


Bizi "telegram"da izləyin