Qazaxıstanın qərbində dron düşüb - FOTO

2025/03/164cf-3484720106.jpg
Oxunub: 515     01:43     19 Mart 2025    
Qərbi Qazaxıstan vilayətində pilotsuz uçuş aparatına bənzər əşya aşkar edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Кazinform” agentliyi regional polis departamentinə istinadən məlumat yayıb.

“Qərbi Qazaxıstan vilayətinin Polis Departamenti səlahiyyətli xidmətlərlə birlikdə Taskalı rayonunda xarici görünüşünə görə pilotsuz uçuş aparatına bənzər əşyanın aşkar edilməsi faktı ilə bağlı yoxlama tədbirləri həyata keçirir. Obyekt yaşayış məntəqələrindən uzaq, ucqar ərazidə düşüb və bütöv vəziyyətdə, görünən zədələr olmadan tapılıb”, – məlumatda deyilir.

Qurum hadisənin bütün hallarını araşdırır.

Fevralda eyni bölgədə pilotsuz uçuş aparatına bənzər obyekt aşkar edilmişdi. Onu Uyalı qəsəbəsində yerli sakinlər tapmışdılar. Bölgə polisi o zaman da hadisə ilə bağlı araşdırmaya başlamışdı.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   PUA  


Bizi "telegram"da izləyin