Rusiyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

2025/03/1742315982.jpg
Oxunub: 712     20:45     18 Mart 2025    
Xəbər verdiyimiz ki, Rusiyanın Leninqrad vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi Leninqrad vilayəti ərazisində hərbi Mi-28 helikopterinin qəzaya uğradığını, ekipajın həlak olduğunu təsdiqləyib.

"Mi-28 vertolyotu Leninqrad vilayəti üzərində planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Ekipaj üzvləri həlak olub, helikopteryaşayış məntəqələrindən uzaqda, boş əraziyə düşüb", - deyə Rusiya MN-dən verilən açıqlamada bildirilib.

***

Rusiyanın Leninqrad vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Ordu.az "Baza"ya istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Helikopter qəzasının Volosovski rayonunda baş verdiyi bildirilib.

Qəzanın səbəbinin hələlik məlum olmadığı qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin